logo

Lökbatanda  “Daewoo” yolu keçən piyadanı vurub öldürdü

14:04 02-07-2021 | icon 7056
Lökbatanda  “Daewoo” yolu keçən piyadanı vurub öldürdü

İyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yolu keçən 40-45 yaşlı kişi Bakı şəhər sakini Elşən İsgəndərovun idarə etdiyi “Daewoo” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.