logo

Tovuzda "Jiquli" "Ford"la toqquşdu: 1 ölü 2 yaralı var

09:47 01-07-2021 | icon 4424
Tovuzda "Jiquli" "Ford"la toqquşdu: 1 ölü 2 yaralı var

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.