logo

Ağdaşda "Mercedes” "MAN"a çırpıldı: 2 nəfər öldü, 1 nəfər yaralandı

11:59 29-06-2021 | icon 6643
Ağdaşda "Mercedes” "MAN"a çırpıldı: 2 nəfər öldü, 1 nəfər yaralandı

Ağdaşda faciə ilə nəticələnən ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə iyunun 29-da səhər saat 5:30 radələrində rayonun Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkədə olan “Mercedes” markalı minik avtomobili Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Ramiz İbrahim oğlu Salmanovun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb edilib.

Yaralı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.