logo

Xətai rayonunda yaşayış binasında baş vermiş yanğın söndürülü

15:46 26-06-2021 | icon 4711
Xətai rayonunda yaşayış binasında baş vermiş yanğın söndürülü

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat verilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində iki mənzilin eyvanı və orada olan əşyalar qismən yanıb.

Mənzillər yanğından mühafizə olunub.