logo

Bakıda usta təmir etdiyi 12-ci mərtəbədəki evdən özünü ataraq intihar etdi

10:55 25-06-2021 | icon 5075
Bakıda usta təmir etdiyi 12-ci mərtəbədəki evdən özünü ataraq intihar etdi

Paytaxtda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayon ərazisindəki çoxmərtəbəli binalardan birinin 12-ci mərtəbəsində mənzildə təmir işləri aparan Biləsuvar rayon sakini, 56 yaşlı İlham Həsənov özünü pəncərədən ataraq intihar edib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.