logo

“Cəbrayılın azad olunmasına görə” medalı ilə 10211 hərbçimiz təltif edildi

12:21 24-06-2021 | icon 1330
“Cəbrayılın azad olunmasına görə” medalı ilə 10211 hərbçimiz təltif edildi

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 10 min 211 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlərin 1-i general-leytenant, 1-i general-mayor, 40 nəfəri polkovnikdir.