logo

“Zəngilanın azad olunmasına görə” medalı ilə 3435 hərbçimiz təltif edildi

11:56 24-06-2021 | icon 1435
“Zəngilanın azad olunmasına görə” medalı ilə 3435 hərbçimiz təltif edildi

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsinə dair sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Təltif olunanların 1-i general-leytenant, 1-i general-mayor, 32-si polkovnikdir.