logo

İlham Əliyev bir qrup hərbiçini “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etdi

11:21 24-06-2021 | icon 1344
İlham Əliyev bir qrup hərbiçini “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etdi

Prezident İlham Əliyev iyunun 24-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 11 min 365 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-leytenant, 2-si general-mayor, 32-si polkovnikdir.