logo

“Naxçıvan” Hava Limanı "AZAL"ın tabeliyindən çıxarıldı

10:50 24-06-2021 | icon 2254
“Naxçıvan” Hava Limanı "AZAL"ın tabeliyindən çıxarıldı

“Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tabeliyindən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov “Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Qərara əsasən “Naxçıvan” Beynəlxalq Hava Limanı "AZAL"ın tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.