logo

Prezident yeni general ali rütbələri verdi

18:57 23-06-2021 | icon 1589
Prezident yeni general ali rütbələri verdi

Prezident İlham Əliyev iyunun 23-də yeni general ali hərbi rütbələrin verilməsi haqqında sərəncamlar imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı sərəncamlarla general-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi,  polkovnik Rafiq Sultan oğlu Ramazanova “general-mayor” ali hərbi rütbəsi , ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.