Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Səfər çərçivəsində naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.