Metro qatarında "Azercell"in mobil internet sürətini kəşf et!
Xüsusi karantin rejimi qaydalarının yumşaldılması nəticəsində 226 günlük fasilədən sonra sərnişindaşıma fəaliyyətinin bərpa edən Bakı metrosu artıq paytaxt əhalisinə tam olaraq xidmət göstərməkdədir. Bu müddət ərzində ölkənin aparıcı mobil rabitə təminatçısı “Azercell Telekom” isə Bakı metropoliteni stansiyalarının platforma və tunellərində öz şəbəkəsinin tutumu və əhatə dairəsinin genişləndirilməsi üzrə işlərini fasiləsiz olaraq davam etdirib.
YeniAvropa xəbər verir ki, şirkətdən verilən məlumatda qeyd edilib ki, ümumiyyətlə, "Azercell" bütün abunəçilərini daha möhkəm şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də 4G texnologiyasını təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən "Azercell"in 4G şəbəkəsinin əhatə dairəsi həm də yerin altında – yəni, paytaxt metropoliteninin stansiyaları boyu əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, artıq 19 stansiyada: Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Nəsimi, Sahil, İçəri şəhər stansiyalarında 4G şəbəkəsi aktivdir. Bundan əlavə, 11 stansiyanın tunellərində: Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, Sahil, İçəri şəhər stansiyalarının tunellərində artıq Azercell-in sürətli mobil internetindən yararlanmaq olar.
"Azercell" şirkətinin keyfiyyətli 4-cü nəsil şəbəkəsinin Bakı metropoliteninin yerdə qalan stansiya və tunellərinə doğru genişlənməsi üzrə işlər isə daha yüksək intensivliklə davam etdirilir. Yaxın zamanda Bakı metropoliteninin artıq bütün stansiyaları "Azercell" 4G şəbəkəsi ilə əhatə ediləcək.
Onu da qeyd edək ki, hazırda sərnişinlərin faydalana biləcəyi həm 2G, həm 3G, həm də 4G texnologiyaları abunəçilərə sərbəst şəkildə səsli zəng və mobil internet xidmətindən istifadə etməyə imkan verir, bu isə nəinki stansiyaların özündə, həm də bu stansiyalar arasındakı tunellərdə qatarların hərəkəti zamanı kəsintisiz şəbəkə deməkdir. İndi artıq sərnişinlər vaqonlarda hərəkət edərkən müxtəlif növ mobil internet məzmunundan və mobil tətbiqlərdən yararlana, hətta, mobil TV və filmləri də seyd edə bilərlər.
Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan "Ericsson"un apardığı bençmarkinq araşdırmaları göstərir ki, hazırda mobil internet sürətinə görə "Azercell" “Best in class”kateqoriyasında ən yaxşı operatordur.
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib