logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 82 min nəfəri ötüb

17:07 23-06-2021 | icon 3696
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 82 min nəfəri ötüb

İyunun 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 47 min 824 doza vaksin vurulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 682, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 142 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.