logo

Üçtərəfli İşçi qrupu fəaliyyətini dayandırıb

15:29 23-06-2021 | icon 1673
Üçtərəfli İşçi qrupu fəaliyyətini dayandırıb

Üçtərəfli İşçi qrupu Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri tərəfindən 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanata əsasən yaradılıb və kifayət qədər səmərəli fəaliyyət göstərir.

YeniAvropa xəbər verir ki, bu sözləri Ağdam şəhərində səfərdə olan baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanda seçki keçirilib, yeni hökumət formalaşır. Düşünürəm ki, yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. İndiyə qədər keçirilən görüşlərdə kifayət qədər konstruktiv yanaşma müşahidə olunub”,-deyə baş nazirin müavini bildirib.