logo

Kosmik sahədə Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə olunub

14:54 23-06-2021 | icon 2401
Kosmik sahədə Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YeniAvropa-ya bildirilib  ki, görüş zamanı Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

0-1-1