logo

"Bakının 50 faizində kanalizasiya şəbəkəsi yoxdur" - Nazirlik rəsmisi

17:56 22-06-2021 | icon 1813
"Bakının 50 faizində kanalizasiya şəbəkəsi yoxdur" - Nazirlik rəsmisi

“Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir”.

YeniAvropa xəbər verir ki,bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov  "Facebook"da yayımlanan “Ekspert saatı”nda deyib.

O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir.

 “Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün- ümumilikdə 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orda infrastruktur yaradılsın”.