logo

Azərbaycanda  daha 47 nəfər koronavirusa yoluxdu

16:38 22-06-2021 | icon 6342
Azərbaycanda  daha 47 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 111 nəfər müalicə olunaraq sağalıb, 47 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 335 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 710 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 895 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 690 min 224 test aparılıb. Bugünkü test sayı isə 9247-dir.