logo

Hövsanda yanğın baş verib

15:45 22-06-2021 | icon 1785
Hövsanda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.