logo

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb

15:11 22-06-2021 | icon 2597
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb

Prezident İlham Əliyev iyunun 22-də Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi həyata keçirəcək.