logo

Milli Məclisin deputatı AŞ PA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib

13:49 22-06-2021 | icon 1596
Milli Məclisin deputatı AŞ PA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı(AŞ PA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında "Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr tarixli Konvensiyana əlavə II Protokol layihəsi ilə bağlı hüquqi rəyin hazırlanması üzrə məruzəçi seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı deputatın hazırladığı hüquqi rəy AŞ PA-nın iclasında müzakirə edilərək Avropa Şurası Nazirlər Komitəsinə təqdim olunacaq.