logo

Sabirabadda qohumunu güllələyən şəxs həbs edildi

11:08 22-06-2021 | icon 1526
Sabirabadda qohumunu güllələyən şəxs həbs edildi

İyunun 21-i saat 20 radələrində 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.

Sabirabad rayon Prokurorluğunun YeniAvropa-ya  daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.