logo

Rumıniya, Avstriya və Litvanın XİN başçıları Bakıya gəlir

09:52 22-06-2021 | icon 1883
Rumıniya, Avstriya və Litvanın XİN başçıları Bakıya gəlir

Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri Azərbaycana səfər edəcəklər.

 YeniAvropa xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün "Twitter" hesabında paylaşım edib.

Onun sözlərinə görə, səfər Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrelin mandatı əsasında gerçəkləşəcək.

Diplomat qeyd edib bu gün başlayacaq və 3 gün davam edəcək səfər çərçivəsində sözügedən ölkələrin XİN başçıları Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək, ölkə rəsmiləri ilə görüşlər keçirəcəklər.