Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
İyunun 22-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.
YeniAvropa xəbər verir ki, iyunun 23-dək davam edəcək təlimlərin işıqlandırılması üçün Azərbaycan jurnalistlərindən ibarət qrupun Hərbi Dəniz Qüvvələrinə mediaturu təşkil olunub.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tətəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.
Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və takriki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.
Həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpası və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcək.
Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə plana əsasən, təlimlərə cəlb olunan qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:
- Siqnalla gəmi və katerlərin döyüşə və səfər hazırlanması.
- Gəmi Komanda Məmtəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.
- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.
- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.
- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.
- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.
- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması
- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi
- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.
Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin Azərbaycan Respiblikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşıtıqlarının yerinə yetirilməsi, qəzada uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub. Təlimin ssenarisinə uyğun olaraq, bu tapşırıqların yerinə yetirilməsinə cəlb ediləcək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetirəcək:
- Adada aşkar olunmuş terrorçuların müvvəqqəti bazalarının zərərləşdirilməsi.
- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.
- Gəmi əməliyyatının keçirilməsi.
- Qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.
- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.
Bütün tapşırıqlar yerinə yetirildikdən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vuracaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq