logo

Azərbaycandadaha 28 nəfər  koronavirusa yoluxdu, 1 nəfər öldü

18:51 21-06-2021 | icon 3416
Azərbaycandadaha 28 nəfər  koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb, 28 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 599 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 959 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 680 min 977 test aparılıb. Bugünkü test sayı isə 5115-dir.