logo

Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

18:08 21-06-2021 | icon 1638
Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki, erməni axtarış qrupları bu gün daha 3 erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Cəsədlər Füzuli rayonu ərazisində aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580-ə çatıb. Onlardan 23-ü  bu ay ərzində aşkarlanıb.  

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.