logo

XİN başçısı:Qazaxıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir

14:55 21-06-2021 | icon 4487
XİN başçısı:Qazaxıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Qazaxıstan Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz din, dil, adət-ənənələrə və tarixi köklərinə hörə bir-birinə çox yaxındırlar. Qazaxıstan dövləti Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirir.

YeniAvropa xəbər verir ki,bu fikirləri Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi iyunun 21-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında ifadə edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanmasından ölkəsinin məmnunluğunu bildirən Muxtar Tleuberdi qeyd edib ki, üçtərəfli Bəyanat regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan nazir bildirib ki, bu dəhlizin açılması ölkələrimiz arasında yeni imkanlar yaradacaq.

“Azərbaycan geosiyasi reallıq yaradıb. Ölkəniz demokratik və modern inkişaf yolu ilə inkişaf edir. Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas tərəfdaşlarından biridir. İqtisadi diplomatiyanı inkişaf etdirməyə hazırıq. Vaksin pasportlarının tanınması, birbaşa aviareyslərin açılması müzakirə mövzusudur. Eyni zamanda, mədəniyyət, elm, turizm və digər sahələrdə layihələrimizi davam etdirəcəyik. Ölkələrimiz arasında faydalı əməkdaşlıq sistemi qurulub və biz bu əməkdaşlığı daha yüksək səviyyədə inkişaf etdirəcəyik”, - deyə nazir vurğulayıb.