logo

Paytaxtda  təcili yardımın həkimini maşın vurdu

11:08 21-06-2021 | icon 8771
Paytaxtda  təcili yardımın həkimini maşın vurdu

Paytaxtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə Yasamal rayonunda qeydə alınıb.

"Azərsu" ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

Hadisənin təfərrüatı araşdırılır.