Norveç səfiri ilə Milli Məclisdə görüş
İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erling Sönsberq ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən söz açıb. Səfir ErlingSönsberqin dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrdə əldə edilmiş nəticələrə toxunan komitə sədri təhsil və humanitar sahələrdə əməkdaşlıq layihələrindən bəhs edib.
Komitə sədri daha sonra VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalaşmasını, müxalifət partiyalarının nümayəndələrinin qanunverici orqanın sədarətində və komitələrin rəhbərliyində geniş təmsil olunmasını qonağın diqqətinə çatdırıb. Bildirib ki, Milli Məclisdə Norveçlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu formalaşdırılıb.
Səməd Seyidov 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT TŞ-nin qətnamələrinə və beynəlxalq hüququn müddəalarına əsasən öz ərazilərini azad etməsindən bəhs edib. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların bu reallıqları qəbul etməsininregionda sülhün və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstək olacağına inam ifadə olunub.
Öz növbəsində Norveçin Azərbaycandakı səfiri Erling Sönsberq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini, bölgədə sülhün və sabitliyin davamı üçün dialoqların qurulmasının, Azərbaycanla Ermənistan arasında problemlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. O, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Görüşdə 44 gün davam edən müharibəyə son qoyan üçtərəfli bəyanatda əldə olunan razılaşmaların bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaratdığı bildirilib.Bölgədə sülhün və sabitliyin təmin olunması üçün problemlərin və fikir ayrılıqlarının həlli üçün konstruktiv yanaşmanın önəmi vurğulanıb, bu istiqamətdə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə İşçi qrupunun fəaliyyətindən bəhs edilib.
Görüşdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib