Azərbaycan Respublikasının Bosniya və Herseqovinanın Sarayevo şəhərində səfirliyi təsis ediləcək.
YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Dövlətimizin başçısının iyunun 14-də imzaladığı sərəncamla isə Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.