logo

Şuşada Ərdoğanın gəlişinə hazırlıq görülür 

13:53 14-06-2021 | icon 1932
Şuşada Ərdoğanın gəlişinə hazırlıq görülür 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə diplomat özünün "Tvitter" hesabında məlumat paylaşıb.

O, səfərin məqsədinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla yerində tanış olmaq olduğunu qeyd edib. 

“Şuşanı görməyən İkinci Qarabağ Müharibəsinin nə qədər çətin, 44 günlük zəfərin isə nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz”, - deyə səfir sonrakı paylaşımında bildirib.

 Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin iyunun 15-də baş tutacağı planlaşdırılır. 
 
Şuşada Ərdoğanın gəlişinə hazırlıq görülür  - Fotolar
Şuşada Ərdoğanın gəlişinə hazırlıq görülür  - Fotolar