logo

Tikinti maqnatının sərxoş kürəkəni Sumqayıt yolunda 4 nəfəri öldürdü

09:55 14-06-2021 | icon 1918
Tikinti maqnatının sərxoş kürəkəni Sumqayıt yolunda 4 nəfəri öldürdü

Ötən gecə Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib. 

 YeniAvropa xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobillə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Bildirilir ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm  Novruzovun kürəkənidir.