logo

Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxdu

21:13 13-06-2021 | icon 3633
Azərbaycanda daha 45 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 182 nəfər müalicə olunaraq sağalıb, 45 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 335 min 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 580 nəfər müalicə olunaraq sağalıb, 4953 nəfər vəfat edib. Aktiv xəstə sayı 1638 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 622 min 499 test aparılıb. Bugünkü test sayı isə 7389-dur.