logo

"Xarici diplomatlarla bir neçə il sonra yenidən müasir Ağdama gələcəyik"

17:51 13-06-2021 | icon 2142
"Xarici diplomatlarla bir neçə il sonra yenidən müasir Ağdama gələcəyik"

Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatdı.

YeniAvropa xəbər verir ki,  bu sözləri prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsindəki paylaşımında yazıb.

Hikmət Hacıyev qeyd edib ki, xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir, “ağıllı” Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırlar: “Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.