logo

Xarici diplomatlar Ağdamda ermənilərin cinayətləri ilə tanış olurlar

13:11 13-06-2021 | icon 2310
Xarici diplomatlar Ağdamda ermənilərin cinayətləri ilə tanış olurlar

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, diplomatları prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər.