logo

ABŞ Azərbaycanın 15 erməni hərbçini sərbəst buraxmasını alqışladı

21:17 12-06-2021 | icon 2576
ABŞ Azərbaycanın 15 erməni hərbçini sərbəst buraxmasını alqışladı

ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.

YeniAvropa xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken "Twitter"də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq.

Baş katib, həmçinin tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarlıq ifadə edib.