logo

Zelenskinin ABŞ-a rəsmi səfərinin tarix açıqlandı

23:17 11-06-2021 | icon 3052
Zelenskinin ABŞ-a rəsmi səfərinin tarix açıqlandı

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və ölkə lideri Co Bayden ilə görüşünün keçirilməsi iyulun sonunda planlaşdırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba "Ukrayna-24" telekanalının efirində bildrib.

"Ukrayna prezidentinin ABŞ-a rəsmi səfəri iyul ayının sonlarında planlaşdırılır", - deyə XİN başçısı bildirib.

Dmitri Kuleba qeyd edib ki, Ukrayna dövlət başçısının Vaşinqtona səfəri zamanı ABŞ prezidenti C.Baydenlə danışıqlar və bir sıra digər vacib görüşlər keçirməsi planlaşdırılır