logo

İyunun 14-də “Son zəng” necə keçiriləcək?

21:52 11-06-2021 | icon 6069
İyunun 14-də “Son zəng” necə keçiriləcək?

Azərbaycanda bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirlərinin təşkili qaydası müəyyənləşib.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bununla bağlı nazirlik tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə “Son zəng” tədbirinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:

- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;

- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;

- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.

Eyni zamanda, bildirilib ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.