logo

Prezident İlham Əliyev və xanımı  patriarx Kirillə başsağlığı veriblər

13:23 11-06-2021 | icon 5411
Prezident İlham Əliyev və xanımı  patriarx Kirillə başsağlığı veriblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  iyunun 11-də Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı və birinci xanım Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbərin onları dərindən kədərləndirdiyini bildiriblər.

Başsağlığı məktubunda deyilir: “Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq”.