logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 940 mini ötüb

20:30 08-06-2021 | icon 3766
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 940 mini ötüb

İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 555, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5085 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 586 min 410-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 646 min 054, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 940 min 356 nəfərdir.