logo

86 yaşlı kişi özünü su kanalına ataraq intihar etdi

10:10 07-06-2021 | icon 8351
86 yaşlı kişi özünü su kanalına ataraq intihar etdi
Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki,  hadisə rayonun Nərimankənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu özünü kənd ərazisindən keçən Cənubi-Muğan su kanalına ataraq intihar edib.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.