logo

Şəmkirdə kişi keçmiş arvadının ərini bıçaqladı

11:13 06-06-2021 | icon 8435
Şəmkirdə kişi keçmiş arvadının ərini bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, Şəmkir rayon sakini 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və onun həmyerlisi 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Bu zaman V.Hüseynov bıçağa əl ataraq V.Həsənova üç bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. hakimlər yaralının vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədən şəxs isə saxlanılıb.

Qeyd edək ki, bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin hadisəni törədənin keçmiş həyat yoldaşının əri olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.