logo

Bu yay havanın temperaturu orta statistik göstəricilərdən artıq olacaq

09:22 04-06-2021 | icon 4732
Bu yay havanın temperaturu orta statistik göstəricilərdən artıq olacaq

La-Ninya adlanan qlobal təbiət hadisəsi başa çatsa da, növbəti bir neçə ay ərzində Sakit okeanın tropik hissəsində “neytral” hava şəraiti davam edəcək. Bu yay aylarında, xüsusən Şimali yarımkürəsində havanın temperaturunun orta statistik göstəricilərdən yüksək olacağı gözlənilir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı(ÜMT) məlumat yayıb.

Bildirilir ki, Şərqi Avropa, Aralıq dənizi və Şimali Amerika da daxil olmaqla, dünyanın bir çox yerlərində yağıntıların orta göstəricilərdən aşağı olacağı gözlənilir.

Bununla yanaşı, ekspertlər bildirirlər ki, hazırda bütün təbii iqlim hadisələri insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi kontekstində baş verir.

“Qlobal istiləşməyə gətirib çıxaran karbon qazının konsentrasiyası hazırda rekord səviyyədədir. ÜMT-nin verdiyi yeni proqnozlara əsasən, 2021-ci ildən 2025-ci ilədək olan müddətdə ən azı bir il bütün müşahidə tarixi ərzində rekord səviyyədə isti keçəcək”, - deyə ÜMT-nin rəhbəri Petteri Taalas bildirib.