logo

Abituriyentin elektron ərizəsinin təsdiqi üçün 3 SDK fəaliyyətə başlayıb

11:59 03-06-2021 | icon 5768
Abituriyentin elektron ərizəsinin təsdiqi üçün 3 SDK fəaliyyətə başlayıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 26-dan başlayıb və iyunun 8-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edir.

Elektron ərizələrini sənəd qəbulu komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini aşağıdakı SQK-ların birində təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

- Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28;

- Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 108A;

- Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində yerləşən SQK-ların ünvanları ilə isə DİM-in saytında verilmiş linkdə tanış olmaq mümkündür.

Elektron ərizəsini özü təsdiq edə bilən, lakin qaydalarla bağlı məsləhətləşmək, həmçinin texniki dəstək almaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrində yaradılmış Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

Məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri və s. haqqında ödənişsiz kömək göstərirlər.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Bu mərkəzlər aşağıda qeyd edilən ünvanlarda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.