logo

DİM aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlayıb

20:52 01-05-2018 | icon 3843
DİM aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 29-da keçirilmiş sınaq imtahanının nəticələrini mayın 1-də saat 16:25-dən etibarən elan edib.YeniAvropa xəbər verir  ki hər bir abituriyent DİM-in internet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

DİM-dən verilən məlumatda qeyd edilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 29925 abituriyentdən 417-si imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 1 abituriyent imtahandan xaric olunub.

Qeyd edək ki,  abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.