logo

İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

21:52 28-05-2021 | icon 9506
İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

Qazax rayonunda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax rayon İcra Hakimiyyətinə məxsus “Toyota Camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.