logo

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

21:57 27-05-2021 | icon 24451
İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır

28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Mayın 27-si və 28-i keçiriləcək tədbir zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunacaq.