Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib
2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.
Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, dəyişikliyə əsasən, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlər konkret bir təhsil müəssisəsinə qəbul üçün deyil, imtahanda iştirak üçün onlayn qeydiyyatdan keçməlidirlər. Bu, daha sonra şagirdlərə imtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməyə imkan yaradacaq. Yeni mexanizmə əsasən, şagirdlər bir neçə təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək. Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az) şəxsi kabinet vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini seçə bilirlər.
Qəbul imtahanlarının vaxtı aşağıdakı kimi təyin edilib:
• iyunun 16-sı VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);
• iyunun 17-si V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);
• iyunu 18-i VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);
• iyunun 21-i isə VIII və IX siniflərə qəbul (hazırda VII və VIII siniflərdə oxuyanlar üçün).
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı:
• S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası;
• A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya;
• S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyası;
• S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziya;
• Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi;
• Kimya-biologiya təmayüllü Respublika liseyi;
• Texniki-Humanitar lisey;
• 2 nömrəli Texniki-Humanitar lisey;
• 147 nömrəli Texniki-Humanitar lisey;
• 291 nömrəli Ekologiya liseyi;
• Şəki, Şəmkir və Şirvanda yerləşən kimya-biologiya təmayüllü respublika liseyləri;
• Quba və Gəncədə yerləşən fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyləri.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək