logo

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

11:31 26-05-2021 | icon 6034
Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  mayın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib.

O, qeyd edib ki, ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır.