logo

“KamAZ”  Hacıqabulda  yolu keçən velosipedçini vurub öldürdü

13:31 24-05-2021 | icon 12817
“KamAZ”  Hacıqabulda  yolu keçən velosipedçini vurub öldürdü

Hacıqabul şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Hacıqabul şəhəri ərazisində velosipedlə yolu keçən rayon sakini Ramal Qəhrəmanov Beyləqan rayon sakini N.Qənimətlinin idarə etdiyi “KamAZ” markalı avtomobillə vurulub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən R.Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.