logo

Əməkdar artist vəfat etdi

20:31 21-05-2021 | icon 20706
Əməkdar artist vəfat etdi

Əməkdar artist Qorxmaz Ağababaoğlu Qurbanov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qocaman rəqqas ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində işləyib. O,həmçinin, Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət "Ləzginka" rəqs ansamblında da uğurla çalışıb.
 
Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında "Yallı-Zorxana", "Bulaq başında", "Şəki", "Çobanlar", "Bənövşə", "Ceyran", "Qarabağ maralı", "Nazeləmə", "Lənkəran" rəqslərində, "Azərbaycan" "Qələbə", "Xalqlar dostluğu", "Bayram", "Neftçilər" suitalarında solist kimi çıxış edib.
 
O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.